11 
Nybr
2022
10:46
140

Cozef Borrel: "Biz Ukrayna, Gürcüstan və Moldovanı dəstəkləyirik"

"Avropada təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə beynəlxalq sülhü təhdid edir".

InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel deyib. 

Onun sözlərinə görə, Avropa İttifaqının müdafiə siyasəti yeni çətinliklərlə üzləşib və yeni mühitə uyğunlaşmaq üçün müvafiq dəyişikliklərə ehtiyac var.

"Hərbi mobillik planı Avropa İttifaqının müxtəlif ölkələri arasında hərbi texnikanın asan, sürətli daşınması və hərbi qüvvələrin hərəkəti imkanlarının artırılmasını nəzərdə tutur. Bunun üçün körpülər, tunellər və yollar, eləcə də hərbi imkanlarımızı daşıya bilən qatarlar lazımdır. Ukraynaya dəstəyimiz bizə göstərdi ki, bunun böyük əhəmiyyəti var”, - deyə Borrel bildirib.

Onun sözlərinə görə, kibermüdafiə planını da qəbul etmək lazımdır, çünki Rusiyanın təcavüzü təkcə Ukraynaya qarşı deyil, həm də Aİ ölkələrini hədəf alan kiberhücumlarla müşayiət olunur.

“Biz kibermüdafiə sahəsindəki boşluqları aradan qaldırmalıyıq. Bu yeni döyüş meydanında işləyəcək insanlar üçün təhsilə və təlimə ehtiyac var. Aydındır ki, biz bu cür müharibələrdə iştirak etməyə hazır olan insanların sayını artırmalıyıq. Biz tərəfdaşlarımızın kibermüdafiə imkanlarının inkişafını dəstəkləmək üçün işimizi gücləndiririk. Biz Ukraynanı, Gürcüstanı və Moldovanı dəstəkləyirik və digərləri ilə, xüsusən də Qərbi Balkanlarla əməkdaşlıqda irəliləyiş gözləyirik”.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər