11 
Nybr
2022
12:43
151

Paata Mancqaladze: “Gürcü Arzusu” Avropa sosialist ailəsinin üzvü deyil, "Edinaya Rasiya" ailəsinin üzvüdür"

"Qapını bizim üzümüzə avropalılar açdı, amma bu qapıda Kobaxidze, Ğaribaşvili və İvanişvili yatırdı - hesabata daxil edilən düzəlişlər heç bir Avropa qrupunun deyil, ümumi Avropanın mövqeyidir . Bu düzəlişlər təsdiqləyir ki, “Gürcü Arzusu” Avropa sosialist ailəsinin üzvü deyil, "Edinaya Rasiya" ailəsinin üzvüdür".

InterPress.ge xəbər verir ki, bu sözləri "Ağmaşenebeli Strategiyası"nın deputatı Paata Mancqaladze deyib.

“Gürcü Arzusu” xalqın qarşısında yox, Bidzina İvanişvilinin qarşısında cavabdehdir. Görürsünüz ki, hər gün Kobaxidze, Talakvadze və başqaları İvanişvilinin tərifini deyirlər.
Gürcüstan və İvanişvili arasında İvanişvilinin xeyrinə seçim etdilər. İvanişvili və Kobaxidze əhaliyə və öz deputatlarına yalan danışır. Çoxları hesab edir ki, bu düzəlişi "Milli Hərəkat”a bağlı olan bir neçə avropalı deputat hazırlayıb, lakin hesabatı Avropanın “Sosialist Partiyası"ndan olan  Sven Mikserin hazırlaması hamının gözündən qaçdı və “Gürcü Arzusu” “Sosialist Partiyası"nın ailə üzvüdür.

Bir daha sübut olundu ki, bu hesabatda qeyd olunanlar bir qrupun deyil, ümumi Avropanın mövqeyidir. Əgər demokratiya istəyirsənsə, oliqarx idarəçiliyindən əl çəkməlisən. Sübut olundu ki, “Gürcü Arzusu” Avropa sosialist ailəsinin deyil də, "Edinaya Rasiya" ailəsinin üzvüdür. Onların etdikləri Avropaya gedən yol deyil, "Efesbe", Putin və "Edinaya Rasiya"nın yoludur", -  Paata Mancqaladze  qeyd edib

Bizimlə əlaqə saxlayın