14 
Nybr
2022
11:32
183

“Gürcü Arzusu”na görə bizə namizəd statusunun verilmədiyi bəlli olan kimi yüz minlərlə insan dərhal küçələrə çıxmalıdır" - Mancqaladze

“Gürcü Arzusu”na görə bizə namizəd statusunun verilmədiyi bəlli olan kimi yüz minlərlə insan dərhal küçələrə çıxmalıdır və hakimiyyətdən ilk cavab tələb edən mən olacam”.

InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Ağmaşenebeli Strategiyası”nın deputatı Paata Mancqaladze deyib.

Onun sözlərinə görə, hökumətin qəbul etmək istədiyi deoliqarxizasiya qanunu Avropanın tövsiyələrini yerinə yetirməyə xidmət etmir.

“Ukraynada bu qanunu azadlıq döyüşçüsü Zelenski qəbul edib, Gürcüstanda isə hakimiyyətdə oliqarxiya var. Hökumət üzvlərinə marionet deyirlər, çünki İvanişvili real gücə malikdir, Ğaribaşvili və Kobaxidze isə onun köməkçiləri və əlaltıları olaraq qalıblar. İndi danışmağa başladılar ki, Ukrayna uğur qazanan kimi işğaldan azad edilməsi başlayacaq, Gürcüstan bu proseslərdən nə qazanacaq? “Gürcü arzusu” ucbatından heç nə qazanmayacaq, yalnız parlamentin üzvü, həmkarım Duqladze Rusiyaya daha çox araq ötürəcək, Bidzina İvanişvilinin qardaşı daha çox şey aparacaq”, - Mancqaladze bildirib.

Bizimlə əlaqə saxlayın