14 
Nybr
2022
11:37
135

Gürcüstan parlamentinin sədri türk xalqına başsağlığı verdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda baş verən partlayışa münasibət bildirib və türk xalqına başsağlığı verib.

InterPress.ge xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

“İstanbulda baş verən faciə ilə bağlı türk xalqına dərin hüznlə başsağlığı verirəm. Həlak olanların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalmasını arzu edirik. Bu çətin anda düşüncələrimiz və dualarımız sizinlədir”, - Papuaşvili Twitter-də yazıb.

İstanbulun mərkəzində baş verən partlayışda 8 nəfər ölüb, yaralananların sayı 80-i ötüb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu partlayışı törədən şəxsin saxlanıldığını bildirib. Onun qiymətləndirməsinə görə, terror aktının sifarişi Suriyanın şimalından, “Kürdüstan İşçi Partiyası”nın Suriya qərargahının yerləşdiyi Ayn əl-Ərəbdən gəlib.

Bizimlə əlaqə saxlayın