15 
Nybr
2022
10:01
2059

Hindistanda insanabənzər və “eynəkli” keçi doğulub – FOTO

Hindistanın Madhya-Pradeş ştatının Sironc şəhəri yaxınlığındakı fermada insan sifətli, başında və çənəsində qalın tükləri, gözlərinin ətrafında eynəyi xatırladan qara dairələri olan mutant keçi doğulub.

Heyvan sahibi, fermer Nabab Xanı heyrətləndirib.

Ağzının deformasiyası səbəbindən keçiyə şprislə süd verilir. Heyvanın vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyri-adi keçinin doğulmasından xəbər tutan kəndlilər daha bir neçə keçi və bir camışın yaşadığı Xanın fermasına axışıblar.

Baytar Manav Sinqin sözlərinə görə, mutant keçi baş dispepsiyasından əziyyət çəkir. Bu anormallıq 50 min yeni doğulmuş heyvandan birində baş verir və keçilərə nisbətən iribuynuzlu heyvanlarda daha çox rast gəlinir. Bu fenomenin iki səbəbi ola bilər: A vitamini çatışmazlığı və hamiləlik dövründə ana heyvana uyğun olmayan dərmanların verilməsi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər