Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rustavidə pitbull 18 yaşlı oğlanı dişləyib

343
Rustavidə pitbull 18 yaşlı oğlanı dişləyib
Dinləmək üçün basın

Rustavinin Şartva prospektində 18 yaşlı oğlanı pitbull dişləyib.

InterPress.ge xəbər verir ki, məlumatı “İnfo Rustavi” yayıb.

Xəsarət alan uşağın anasının verdiyi məlumata görə, qonşunun həyətində bağlı olan it tullanaraq oğlunu ayağından dişləyib.

Uşaq şəhər mərkəzi xəstəxanasına çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.

“Həyətdə bağlı olan it tullanaraq uşaqların yanına gedib. Oğlumu ayağının iki yerindən dişləyib. İt tez bir zamanda uzaqlaşdırılıb, digər uşaqlara toxunmayıb", - deyə xəsarət alan gəncin anası söyləyib.

Oğlan artıq xəstəxanadan evə buraxılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →