Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qiorqi Çaladze: "İndi əsas məsələ Mixeil Saakaşvilini xilas etməkdir"

356
Qiorqi Çaladze: "İndi əsas məsələ Mixeil Saakaşvilini xilas etməkdir"
Dinləmək üçün basın

Qiorqi Çaladze Milli Hərəkatın sədri vəzifəsindən namizədliyini geri götürüb.

Qiorqi Çaladze Milli Hərəkatın sədri vəzifəsindən namizədliyini geri götürüb. 

InterPress.ge xəbər verir ki, bu barədə Qiorqi Çaladze jurnalistlərə açıqlama verib.

Onun bildirdiyinə görə, indi əsas məsələ keçmiş prezident Mixail Saakaşvilini xilas etməkdir.

"Prezident Saakaşvilinin məsələsi yeganə məsələdir ki, onun üzərində tam cəmləşmək lazımdır, ona görə də mənim üçün qalan hər şey ikinci dərəcəlidir. Bu gün mən Levan Xabeişvilinin çıxışına qulaq asdım, təəssüf ki, iclaslarda idim və onunla şəxsi söhbət edə bilmədim, bir yerdə oturub danışmaq lazımdır, bu iş keçən il, oktyabrın 3-də başlamalı idi və ilkin mövzu Prezident Saakaşvili olmalı idi, bu, ölkəmizin Avropa gələcəyi məsələsidir. Buna uyğun olaraq demək istərdim ki, mən namizədliyimi geri götürürəm, daha seçkilərdə namizədliyimi irəli sürməyəcəyəm.

Ümid edirəm ki, partiya və digər resurslar məni dəstəkləyəcək ki, biz birlikdə ölkəmizin prezidentini xilas edə bilək”, - Çaladze bildirib.

Xatırladaq ki, bu gün partiya sədrliyinə namizədliyini təqdim edən Milli Hərəkatın liderlərindən biri Levan Xabeişvili partiyada qərargah yaratmaq təşəbbüsü ilə çıxış edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →