Azərbaycan İsraildə səfirlik açır.
InterPress.ge-nin xəbərinə görə, bununla bağlı məsələ Azərbaycan Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Toplantıda "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirə olunacaq.
