22 
Nybr
2022
10:46
659

Yeni ilə qədər unun qiyməti ucuzlaşa bilər

Rusiya, Ukrayna və Türkiyə arasında Taxıl dəhlizi ilə bağlı razılaşma dünya bazarında buğdanın qiymətinə təzyiqi azaldıb. 

InterPress.ge xəbər verir ki, Buğda və Un İstehsalçıları Assosiasiyasının direktoru Levan Silaqava bununla bağlı açıqlama verib.

O bildirib ki, Ukrayna buğdası ilə birlikdə Rusiya buğdası və gübrələrin beynəlxalq bazara rəvan çıxacağı kompromis razılaşma qiymətlərə müsbət təsir göstərir.

Silaqavanın qeyd etdiyinə görə, yaxın vaxtlarda buğdanın qiyməti ucuzlaşmağa başlayacaq.

“Qiymətlərin azalmasının ilk əlaməti cümə günü birjada buğdanın qiymətinin təxminən 3% ucuzlaşmasıdır. Ukrayna və Rusiya regionumuzun ölkələri olduğuna görə bu, bizə müsbət təsir göstərəcək. Yaxın gələcəkdə biz qiymətlərin ən azı sabitləşməsini, sonra isə azalmasının gözləyirik. Bəlkə də yeni ildən əvvəl olacaq. Ona görə də unun qiymətində azalma gözləyirik. 1 kisə 50 kq unun qiyməti 1-2 lari ucuzlaşa bilər”, - Buğda və Un İstehsalçıları Assosiasiyasının direktoru Levan Silaqava bildirib.

Bizimlə əlaqə saxlayın