23 
Nybr
2022
14:24
1895

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin nazirlərinin birgə iclası keçirilir

Bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurası katiblərinin birgə iclası keçirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

İclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının regiondakı hərbi-siyasi vəziyyəti müzakirə olunacaq.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin dünya və regional təhlükəsizlik arxitekturasının gücləndirilməsi və silahlara nəzarət və s. məsələlərini əhatə edən bəyanatı planlaşdırılır.

Təhlükəsizlik Şurasının katibləri nasizmin, neonasizmin, ekstremizmin, şovinizmin və ksenofobiyanın bütün formalarını pisləyən bəyanatla çıxış edəcəklər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.

Bu gün Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri planlaşdırılır. O, ölkənin baş naziri Nikol Paşinyanla görüşəcək.

Bizimlə əlaqə saxlayın