Batumi-Qonio yolunu birləşdirən yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər yerindəcə ölüb, 1 nəfər isə yaralanıb.
InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Məlumata görə, yüngül avtomobil ağaca çırpılıb.
Təcili Tibbi Yardım xidmətindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər Batumi Tibb Mərkəzinə yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər edilib.
