Tbilisi meriyası 2023-cü ildən avtonəqliyyat axınının avtomatlaşdırılmış idarə edilməsi və nəzarəti sistemini tətbiq etməyi planlaşdırır.
InterPress.ge xəbər verir ki, bu gün Tbilisi meri Kaxa Kaladze nəqliyyat siyasətinin təqdimatında müvafiq məlumatı açıqlayıb, baxmayaraq ki, mer bu islahatın hansı formada həyata keçiriləcəyini dəqiqləşdirməyib.
Bundan əlavə, Kaladzenin sözlərinə görə, tıxaclar real vaxt rejimində aşkar ediləcək, insidentlərə operativ reaksiya veriləcək, ictimai nəqliyyat və xüsusi nəqliyyata üstünlük veriləcək və nəticədə, biz daha nizamlı və sürətləndirilmiş hərəkət əldə edəcəyik.
.jpg)