"Avropa İttifaqının genişlənməsi Balkanlardan Gürcüstana qədər uzanmalıdır".
InterPress.ge xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yeni Avropa təhlükəsizlik siyasətini təmin etmək üçün birlik lazımdır.
“Avropanın yeni təhlükəsizliyini təmin etmək üçün birlik ruhunu yenidən kəşf etməliyik. Bu vizyonun təbii uzantısı Aİ-nin genişlənməsi perspektivini canlandırmaqdır. Aİ-nin genişlənməsi Balkanlardan Gürcüstana, o cümlədən Ukrayna və Moldovaya qədər uzanmalıdır. Və bu region Türkiyəsiz bütöv ola bilməz”- Çavuşoğlu bildirib.
