InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.
Tbilisi merinin sözlərinə görə, Yeni il kəndi daha sonra açılacaq.
“Yeni il işıqlandırmaları və paytaxtın əsas şam ağacının işıqlandırılması tədbiri hava şəraitindən asılı olaraq dekabrın 9-da keçiriləcək. Hər hansı dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat verəcəyik, lakin qərara gəldik ki, dekabrın 9-da paytaxt Yeni il işıqları ilə işıqlandırılsın. Daha sonra hər gün müxtəlif tipli tədbirlərin keçiriləcəyi Yeni il kəndi açılacaq. Bununla bağlı daha sonra ictimaiyyətə geniş məlumat verəcəyik”, - deyə Kaxa Kaladze bildirib.
