Azərbaycanlı deputat Parlamentdə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdəki problemdən danışdı- VİDEO
Azərbaycan Milli Məclisinin millət vəkili Fazil Mustafa Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdən danışıb.
InterPress.ge xəbər verir ki, Fazil Mustafa bu gün baş tutan Milli Məclisin iclasında Gürcüstanda azərbaycandilli məktəblərdə mövcud olan kadr çatışmazlığı problemindən bəhs edərək Gürcüstan- Azərbaycan Universitetinin yaradılmasının zəruriliyini də vurğuladı.
Millət vəkilinin qeyd etdiyinə görə, bir neçə il əvvəl Azərbaycan Dövləti tərəfindən layihə hazırlansa da Gürcüstan tərəfi sonradan layihəni dəstəkləməyib.
"Bildiyiniz kimi Gürcüstan və Azərbaycan arasında çox yaxşı dostluq və qonşuluq münasibətləri var. Tbilisidə İlya Çavçavadze adına Dövlət Universiteti var. Bu universitetdə 2010-cu ilə qədər Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər hazırlanırdı. Təəssüflər olsun ki 10 ildən çoxdur ki yeni kadrlar hazırlanmır. Bir çox məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənnini yaşlı müəllimlər tədris edir. Hal- hazırda elə məktəblər var ki, yaşlı müəllimləri əvəz edəcək kadr yoxdur. Həmin məktəblər uçurumun bir addımlığındadır. Yaşlı müəllimlər müəyyən səbəblərdən dolayı məktəbi tərk etməli olsalarda milli məktəblərimiz bağlanmaq ehtimmalı qarşısında qalacaq yada gürcüləşəcək. Məktəb ona görə azərbaycandilli məktəb adlanır ki, orada Azərbaycan dili və ədəbiyyatı fənni keçirilir. Bu problemi həll etmək üçün 2019- cu ildə Azərbaycan dövləti tərəfindən yeni layihə işlənib hazırlanmışdır. Layihədə ilk növbədə 40 nəfər üçün il ərzində kvota ayrılması, tələbələrin bütün xərclərinin qarşılanması nəzərdə tutulmuşdu. Kovidlə bağlı əngəllər bu layihənin həyata keçirilməsini istisna etdi. Bu layihə sonra Gürcüstanın Təhsil və Elm Naziiyi tərəfindən də dəstəklənmədi. Milli məktəblərimizdə kadr çatışmazlığı təkcə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə deyil digər sahələr üzrə də mövcuddur. Problemi həll etmək üçün ən optimal variant Tbilisidə Azərbaycan və Gürcüstan dövlətlərinin birgə səyi ilə universitetin yaradılmasıdır. Necə ki bizdə İtaliya Azərbaycan, Azərbaycan Fransa var, niyə Gürcüstan Azərbaycan universiteti də yaradılmasın və kadrlar hazırlanmasın?! Bu strateji bir məsələdir",- millət vəkili Fazil Mustafa çıxışında qeyd edib.


