Rati Breqadze azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşüb
Ədliyyə naziri Rati Breqadze azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşüb.
InterPress.ge xəbər verir ki, görüşdə Bakıda imzalanmış memorandum əsasında qurumlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsi mövzusuna toxunulub.
Rati Breqadze iki ölkə arasında qanunun aliliyi və ədalət mühakiməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın ölkənin demokratik inkişafı üçün vacib olduğunu vurğulayıb.
Bildirilib ki, Batumidə Gürcüstan-Azərbaycan hüquq forumu keçiriləcək. Forumda Gürcüstan-Azərbaycan birgə bəyannaməsi imzalanacaq. Sənəddə nəzərdə tutulan əməkdaşlığa 2023-cü ildə həm mərkəzi, həm də sektorlar səviyyəsində birgə tədbirlər və təşəbbüslər daxildir.
Qeyd edək ki, görüşdə Tamar Tkeşelaşvili, müavin Tornike Çeişvili və Erekle Qvinianidze də iştirak ediblər.


