ABŞ ən yeni qırıcı təyyarəsi B-21 Raideri təqdim edib
ABŞ nüvə silahı daşıyan ən yeni qırıcı təyyarəsi B-21 Raideri təqdim edib.
InterPress.ge xəbər verir ki, məlumatı ABŞ Müdafiə naziri Lloyd Ostin bildirib.
Onun sözlərinə görə, stels texnologiyası ilə təchiz edilmiş B-21, 30 il müddətdə ilk yeni Amerika qırıcı təyyarəsidir.
“Bu, respublikamızı müdafiə etmək məqsədi ilə ixtira edilmiş hər zamankı təyyarələrimizdən biridir. Hətta ən müasir hava hücumundan müdafiə sistemləri belə B-21-i səmada aşkar etməkdə çətinlik çəkəcək” – deyə Lloyd Ostin bildirib.
Qeyd edək ki, B-21 düşmən radarlarını aldatmasına və başqa obyekt kimi maskalanmasına imkan verən yeni elektron emissiya nəzarətinə malikdir. O, həmçinin yeni sürücü texnologiyalarından da istifadə edir.
Hazırda B-21- in qiyməti hələlik məlum deyil.


