Çətin meteoroloji şəraitlə əlaqədar olaraq Batumi (Anqisa)-Axalçixe avtomobil yolunun km 106-km 123 (Qoderdze aşırımı) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
