07 
Dek
2022
16:04
333

Qiorqi Mumladze: "Dekabrın 9-da biz mümkün qədər həmrəy və səfərbər olmalıyıq"

"Məhkəmə Mixeil Saakaşvilini həbsdə buraxsa, küçə etirazına alternativ olmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə “Milli Hərəkat”ın sədrliyinə namizəd Qiorqi Mumladze açıqlama verib.

“Dekabrın 9-da biz mümkün qədər həmrəy olmalı və səfərbər olmalıyıq ki, bütün ölkəyə və beynəlxalq ictimaiyyətə birlik nümayiş etdirək. Dekabrın 9-u proseslərin başlanğıc nöqtəsi olmalıdır. Eyni zamanda məhkəmənin qərarını gözləyirik, bununla belə, mümkün qədər səfərbər oluruq ki, əgər məhkəmə ölüm hökmü çıxarıb, onu həbsdə buraxmaq qərarına gəlsə, o zaman bütün partiya Bidzina İvanişvilini məcbur etmə kompaniyasına qatılmalıdır.

Partiyanın əksəriyyəti Mixeil Saakaşvilinin həbsxanada ölməsinə icazə verməmək barədə razıdır. Razılaşmamızın əsas məqsədi də budur. Bu proses həm “Milli Hərəkat” daxilində koordinasiya, həm də Mixeil Saakaşvili və onun ailəsi ilə koordinasiya yolu ilə həyata keçirilməlidir” -  deyə Mumladze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər