Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rusiya Gürcüstan ilə birbaşa aviareysləri bərpa edə bilər

479
Rusiya Gürcüstan ilə birbaşa aviareysləri bərpa edə bilər
Dinləmək üçün basın

"Rusiya lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstan ilə birbaşa aviareysləri bərpa etmək və bu ölkənin vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə qərar qəbul edə bilər".

"Rusiya lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstan ilə birbaşa aviareysləri bərpa etmək və bu ölkənin vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə qərar qəbul edə bilər".

InterPress ge xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Birbaşa uçuşların bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması perspektivlərinə gəlincə, lazımi ilkin şərtlər formalaşarsa, biz bununla bağlı qərarların qəbulunu istisna etmirik”, - diplomat bildirib.

O həmçinin bildirib ki, Gürcüstanın bu il üçün iqtisadi artım proqnozu əsasən turizm, pul köçürmələri və Rusiya ilə ticarətdən əldə edilən əhəmiyyətli gəlirlər sayəsində ikirəqəmli səviyyəyə yüksəldilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, 2019-cu il iyulun 8-dən Rusiya aviaşirkətlərinə Gürcüstana hava daşımaları həyata keçirmək müvəqqəti olaraq qadağan edilib. Həmin tarixdə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin Gürcüstan aviaşirkətlərinin Rusiyaya uçuşlarının dayandırılması ilə bağlı qərarı qüvvəyə minib

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →