Kaxa Kaladze: "Saakaşvilinin qanlı rejimin banisi kimi tarixə düşməsi təəssüf doğurur"
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, Saakaşvilinin qanlı rejimin banisi kimi tarixə düşməsi təəssüf doğurur.
InterPress.ge xəbər verir ki, bunu Tbilisi meri jurnalistlərlə söhbəti zamanı deyib.
O qeyd edib ki, məhbusların səhhəti ilə əlaqədar müvafiq qurum məşğul olur və Mixeil Saakaşvili də istisna deyil.
“Müvafiq qurum məhkumların səhhəti ilə maraqlanır. Təbii ki, Mixeil Saakaşvili də istisna və ya fərqli profil deyil. Bütün məhbuslarla bağlı müvafiq qurum qərar qəbul edir. Mixeil Saakaşvilinin üzərinə təbii ki, daha çox məsuliyyət düşür. Ümumiyyətlə, siyasətçilərin üzərinə daha çox məsuliyyət düşür və Saakaşvilinin ölkədə fitnə-fəsad yaradan qanlı rejimin banisi kimi tarixə düşəcəyi çox üzücüdür”, - deyə Kaxa Kaladze bildirib.


