Amerikada Rustavili gənc ölüb.
InterPress.ge xəbər verir ki, bu barədə İnfo Rustavi məlumat yayıb.
Məlumata görə, 30 yaşlı Giorgi Ninikuri Nyu-Yorkda dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri isə hələlik məlum deyil.
Mərhumun bəzi yaxınları onun infarktdan öldüyünü zənn edir, ancaq hələlik ekspertizanın nəticələri bəlli deyil.
Əldə olan məlumata görə, gənc 1 ay əvvəl Amerikaya gedib, bundan əvvəl isə Rustavidə təhlükəsizlik xidmətlərindən birində işləyib.
