Co Bayden: "ABŞ Ukraynaya canlı hərbi qüvvə göndərməyi planlaşdırmır"
"ABŞ Ukraynaya canlı hərbi qüvvə göndərməyi planlaşdırmır".
InterPress.ge xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden bildirib.
“Biz qoşunlarımızı Ukraynaya göndərəcəyikmi? - sualına cavab olaraq bildirmək istəyirəm ki, yox, biz əvvəlki kimi milyonlarla dollar dəyərində materiallar göndərəcəyik”-deyə Bayden bildirib.
Qeyd edək ki, noyabr ayında Bayden Konqresdən Ukraynaya dəstək üçün əlavə maliyyə ayrılmasını istəyib.
CNN-in məlumatına görə, İdarəetmə Ofisi və Büdcə Direktoru Şalanda Yanq Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Ukraynaya 37,7 milyard dollarlıq yardım tələbinin təfərrüatları ilə bağlı məktub göndərib.
21,7 milyard dollar Ukraynanın hərbi texnikası, həmçinin hərbi, kəşfiyyat və digər müdafiə dəstəyi üçün nəzərdə tutulub. Ukraynaya birbaşa büdcə dəstəyi, qlobal ərzaq təhlükəsizliyi və humanitar yardımın gücləndirilməsi üçün 14,5 milyard dollar, Ukraynanın nüvə təhlükəsizliyinin dəstəklənməsi və strateji neft ehtiyatının modernləşdirilməsi üçün 626 milyon dollar, standart tibbi xidmət üçün Səhiyyə və İnsan Xidmətləri Departamentinə 900 milyon dollar dəyərində yardımlar edilib.


