13 
Dek
2022
13:19
275

İrakli Kobaxidze Milli Hərəkat haqqında: "Bu siyasi partiyada parçalanma və xaos nə qədər çox olarsa, ölkədə bir o qədər sabitlik olar"

"Milli Hərəkat"da növbədənkənar sədr seçilməsi bizim üçün xüsusi maraqlı hadisə olmayacaq".

InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bu barədə jurnalistlərə bildirib.

“Bu partiyada baş verənlər möcüzədir. Nona Mamulaşvili dünən partiyanı tərk edib və sədr seçkilərində iştirak edir. Tam xaos hökm sürür ki, bu da gürcü demokratiyasının düzgün inkişafı üçün yaxşıdır. Bu siyasi partiyada parçalanma və xaos nə qədər çox olarsa, ölkədə bir o qədər sabitlik olar. Bu siyasi partiyada nələrin baş verdiyi maraqlı deyil. Bircə maraqlısı odur ki, bu partiya get-gedə zəifləyir, ictimaiyyət bunu izləyir və bu, Gürcüstanda siyasi proseslərin sağlam istiqamətdə inkişafı üçün yaxşıdır. Bu siyasi partiyanın çoxlu intellektsiz və qaranlıq namizədləri var, ən yaxşısı budur. Cəmiyyət bunu görəcək və tam qaranlıqla işıq arasında seçim edəcək. Qaranlıq dedikdə mən hər mənada qaranlığı nəzərdə tuturam”, -Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər