14 
Dek
2022
10:42
310

Bu gün Mixeil Saakaşvilinin cəzasının ləğvi ilə bağlı məhkəmə prosesi keçiriləcək

Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cəzasının ləğvi ilə bağlı məhkəmə prosesi keçiriləcək.

InterPress.ge xəbər verir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin edilib.

Məlumata görə, keçmiş prezidentin vəkili Şalva Xaçapuridzenin sözlərinə görə, hakim Mixeil Saakaşviliyə prosesdə distant rejimdə iştirak etməyi məsləhər tapşırıb.

Məhkəmə prosesində  şahidlərin, o cümlədən Empatiya mərkəzinin rəhbəri Mariam Cişkarianinin dindirilməsi planlaşdırılır.
Proseslə paralel olaraq saat 11:00-da Mixeil Saakaşvilinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin həyətində aksiya keçirəcəklər.
Qeyd edək ki, tərəfdarları Saakaşvilinin səhhətinin ağır olması ilə əlaqədar onun cəzasının ləğv edilməsini xahiş edib .

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər