14 
Dek
2022
11:00
261

Avropalı deputat Gürcüstan hakimiyyətinə və prezidentə müraicət etdi

Ağır xəstə olan eks-prezident Mixail Saakaşvilinin həbsdə olması Avropa dəyəri deyil. 

InterPress.ge xəbər verir , bu sözləri Avropa Parlamentinin deputatı Rasa Yukneviçien bildirib.

Onun sözləinə görə, insanlara işgəncə vermək Putinin siyasətidir. 

“Gürcüstan Avropaya məxsusdur. Sovet Rusiyası tərəfindən  isə zorla Avropadan çıxarıldı. Bu gün ölkənin 20 faizi Rusiya tərəfindən işğal olunub. Hitler və Stalinin Avropada qoyduğu ayırıcı xətlərin qalıqları silinməlidir və Gürcüstanın Avropa Birliyinə daxil olması buna nail olmaq üçün ən yaxşı yoldur. Mən əminəm ki, Gürcüstan Avropa İttifaqının üzvü olacaq. Gürcü xalqı buna layiqdir. Mən həmçinin əminəm ki, Aİ-nin genişlənməsi Aİ-ni, o cümlədən təhlükəsizlik baxımından daha güclü edəcək. Lakin mən əmin deyiləm ki, Gürcüstanı girov saxlayan Bidzina İvanişvilinin məqsədi ilə gürcü xalqının məqsədi eynidir. Gürcüstan hakimiyyəti çox gözəl bilir ki, onların etməli olduğu hər şey Avropa Komissiyasının tövsiyələrində yazılıb və bunu manipulyasiya və riyakarlıq olmadan etməlidir. Ağır xəstə olan eks-prezident Mixail Saakaşvilinin həbsdə olması Avropa dəyəri deyil. İnsanlara işgəncə vermək Putinin siyasətidir. Mən Gürcüstan hakimiyyətinə, o cümlədən prezidentə səslənirəm: Hər şeyi edin ki, Mixail Saakaşvilinin həyatı ilə bağlı məsələdə vicdan əzabi çəkməyəsiniz ” - deyə deputat bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər