Mixeil Saakaşvili aclıq aksiyasını dayandırdı
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili aclıq aksiyasını dayandırıb. Saakaşvilinin açıqlamasına görə, buna səbəb avropalı parlamentarilərin aclıq aksiyasına son qoyulmasını qəti şəkildə tələb etdikləri mesajdır.
InterPress.ge xəbər verir ki, Mixail Saakaşvilinin vəkili Vaxtanq Baramaşvili mətbuata Saakaşvilinin mesajını təqdim edib.
Saakaşvilinin yazdığına görə, Avropa Parlamentinin deputatları onun “minimum hüquqlarının müdafiəsini” təmin etmək üçün bütün diplomatik səyləri səfərbər edəcəklərini vəd edirlər.
"Mən indi Avropa Parlamentinin deputatlarından mesaj almışam ki, onlar indiki mərhələdə məndən aclıq aksiyamı dayandırmağı qəti surətdə xahiş edirlər, belə ki, aidiyyatı xidmətlərə bəhanə verməyim. Eyni zamanda, Avropa Parlamentinin deputatları minimum hüquqlarımın qorunması üçün bütün diplomatik səyləri səfərbər edəcəklərinə söz veriblər.Mən ona görə xəstələnirəm ki, zorla yemək yeməmişəm, zəhərlənmişəm, bu da avropalı parlamentarilərin müşavirələrində öz əksini tapıb”, - deyə Mixail Saakaşvili məktubda bildirib.


