15 
Dek
2022
10:44
463

Marqvelaşvili Mixeil Saakaşvili ilə bağlı: "Biz elə bir ölkədə yaşayırıq ki, siyasi məhbuslarımız var və onlara işgəncə verilir"

"Məhkəmənin ədalətli qərar verəcəyini gözləmirəm".

InterPress.ge xəbər verir ki, Gürcüstanın dördüncü prezidenti Qiorqi Marqvelaşvili üçüncü prezidentin kadrlarının Penitensiar Xidmət tərəfindən yayılmasına münasibət bildirib.

"Niyə biz bu şəxsin hər hansı hüquqlarının qorunacağını gözləyirik. Biz niyə gözləyirik ki, ənənəvi olaraq siyasi ədalət rolunu oynamış məhkəmə indi bu halda ya insanlıq, ya humanistlik formasında, ya da insan haqları, hətta prosessual ədalət sahəsində hansısa addımlar atacaq. Biz konstitusiyanın işləmədiyi, qərb kursunu dəyişdirən ölkədəyik, mən siyasi məhbuslarımızın olduğu və onlara işgəncə verildiyi ölkədəyəm”, - deyə Marqvelaşvili bildirib.

Məlumat üçün bildirək ki, dekabrın 14-də Penitensiar Xidmət Mixeil Saakaşvilinin avqustun 9-dan dekabrın 12-nə kimi müxtəlif dövrləri əhatə edən montaj edilmiş kadrlarını yayıb. Qurum görüntülərin yayılmasını “yüksək ictimai maraq” kimi izah edib. Ədliyyə naziri “İmedi”nin efirində səbəbləri də açıqlayıb və bildirib ki, məqsəd ictimaiyyəti “düzgün məlumatlandırmaq”dır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər