Parlamentin qarşısında “Qatil Rati Breqadze istefa versin” şüarı ilə aksiya keçirilir
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə həmrəylik əlaməti olaraq vətəndaş fəalları parlamentin yaxınlığında aksiya keçirirlər.
InterPress.ge xəbər verir ki, fəallar “Kreml cəlladı Rati Breqadze”, “Qatil Rati Breqadze istefa versin”; "#SAVEMISHA" şüarları ilə aksiya keçirirlər.
Aksiyanın təşkilatçılarından İrakli Pavlenişvili deyib ki, polis aksiyanın 2 iştirakçısını saxlayıb.
“Yoldaşlarımdan ikisini tamamilə əsassız olaraq Rusiya polisinin üslubunda saxladılar, gəldilər, toqquşma oldu, şifahi təhqir etdilər, saxlanılanlardan biri 16 yaşlı uşaqdır, digəri isə “antikorrupsiya hərəkatının” üzvüdür", - Pavlenişvili bildirib.
Məlumat üçün bildirək ki, Rati Breqadze bu gün parlamentdə nazir saatı formatı çərçivəsində çıxış edir.


