Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib

337
Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib
Dinləmək üçün basın

Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib.

Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib.

InterPress.ge xəbər verir ki, siyahıda “Rossiya 1” kanalının aparıcısı Boris Korçevnikov, məşhur teleaparıcı Marina Kim, müğənni Qriqori Leps, tərcüməçi, publisist Dmitri Puçkov və ssenarist, aktyor, RSFSR xalq artisti , Xarici dildə ən yaxşı filmə görə “Oskar” mükafatı laureatı Nikita Mixalkov yer alıb.

Eyni zamanda Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya da məhdudiyyətlər qoyulub.

Bundan əlavə, Avropa İttifaqı “Moskva Kredit Bankı”, “Ümumrusiya Regional İnkişaf Bankı”, “Uzaq Şərq Bankı” daxil olmaqla “Vahid Rusiya”, “Liberal Demokrat Partiyası”, “Kommunist Partiyası”, “Ədalətli Rusiya” və “Yeni İnsanlar” partiyalarına qarşı sanksiyalar tətbiq edib.

Rusiya Federasiyasının Baş nazirin müavinləri Tatyana Qolikova, Viktoriya Abramçenko, Aleksey Overçuk, ədliyyə naziri Konstantin Çuyçenko, mədəniyyət naziri Olqa Lyubimova, təbii sərvətlər naziri Aleksandr Kozlov, elm və ali təhsil naziri Valeri Falkov, fövqəladə hallar naziri Aleksandr Kurenkov, əmək naziri Anton Kotyakov, bir neçə qubernator və konstitusiya məhkəməsinin 20 üzvü, həmçinin Rusiya Dövlət Dumasının 40 deputatının adı da “qara siyahı”ya düşüb.

Rusiyanın Silahlı Qüvvələri və onların bütün növləri, həmçinin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) sanksiyalar siyahısına daxil edib.

Ümumilikdə sanksiya siyahısına 1 386 şəxs və 171 təşkilat daxil edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →