19 
Dek
2022
12:30
303

Mamuka Xazaradze: Biz yeni siyasi imkanlar açıb bu qapalı dairədən çıxmalıyıq"

"Ölkədə əsas “xəbər” üçüncü prezidentin sağlamlıq durumu olanda biz yeni siyasi imkanlar açıb bu qapalı dairədən çıxmalıyıq. Bu məsələ öz həllini tapmalıdır və bu, gələcəkdə əsas mövzu olmamalıdır”.

InterPress.ge xəbər verir ki, bu barədə “Lelo” partiyasının sədri Mamuka Xazaradze bildirib.

Onun sözlərinə görə, gələcəkdə Gürcüstanı necə xilas etmək barədə danışmaq lazımdır.

“Gürcü Arzusu”nun həmişə düşmən obrazına ehtiyacı var və on ilə yaxındır ki, təbliğat eşidirik. Bu zaman məsələ insana, onun həyatına aiddir. Siz bizim mövqeyimizi bilirsiniz ki, ölkənin 3-cü prezidentinə yaşamağa icazə verilməlidir və bu baş verən kimi bu “xəbər” bitəcək. Bu ölkədə buna son qoyulmalıdır, çünki söhbət təkcə bir şəxsin və bir məhbusun hüquqlarını qorumaqdan getmir. Bu məsələ öz həllini tapmalıdır və gələcəkdə əsas mövzu olmamalıdır, çünki gələcəkdə necə xilas etmək barədə danışmaq lazımdır, mən bu sözü şüurlu şəkildə deyirəm. Biz ayağa qalxmalıyıq və deməliyik ki, bu davam edə bilməz. Bu qarşıdurma ilə yaşamağa davam etsək, sabah bu ölkə əlimizdən çıxa bilər”, - deyə Mamuka Xazaradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər