Xüsusi Penitensiar Xidmət Saakaşvilinin səhhəti ilə bağlı məlumat yayıb
31 may 2022-ci il tarixində Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin monitorinqi məqsədilə Vivamed klinikası Mrçeveli laboratoriyasında toksikoloji müayinə keçirib.
InterPress.ge xəbər verir ki, klinikanın məlumatına görə, 10 iyun 2022-ci il tarixində əldə edilən nəticələrə əsasən, bütün göstəricilər normal olub.
Məlumata görə, 2022-ci il noyabrın 19-da Saakaşvilinin maraqlarını müdafiə edən vəkillərdən biri Valeri Qelbaxyan müvəkkilinin guya zəhərləndiyini açıqlayıb. Mixeil Saakaşvilinin 2022-ci il noyabrın 21-də qeyd olunan bəyanatla bağlı qeyd etdiyi kimi, o, heç bir vəkilə zəhərlənmədən şübhələndiyini söyləməyib və bu mövzu ilə bağlı fərziyyələri yersiz adlandırıb.
"2022-ci il noyabrın 21-də Mixeil Saakaşvilinin digər vəkili Şalva Xaçapuridze məhkumun zəhərlənməsi ilə bağlı bildirib ki, o, sözügedən yazının müvəkkili tərəfindən yazılmasına inanmır, çünki səhhəti buna imkan vermirdi. Lakin bu vəkil məhkumla görüşəndən sonra tez bir zamanda ifadənin həqiqiliyini təsdiqləyib"-bildirilib.
Penitensiar xidmət 22 noyabr 2022-ci il tarixdə eks prezidentin maraqlarına uyğun olaraq, kimyəvi-toksikoloji ekspertizanın keçirilməsi məqsədi ilə L. Samxarauli adına Milli Ekspertiza Bürosuna müraciət edib. Bundan sonra 2022-ci il noyabrın 24-də Xüsusi Penitensiar Xidmət məsul dövlət qurumu kimi məhkuma araşdırma aparmağı təklif edib, Mixeil Saakaşvili isə bundan imtina edib.
"2022-ci il dekabrın 2-də Empatiya mərkəzinin apardığı və onların xahişi ilə məxfi olan ekspertiza rəyindən elə nəticə çıxarılıb ki, sanki M. Saakaşvili zəhərlənib. Bu tip məqsədyönlü, dağıdıcı fəaliyyət məhkumun vəziyyəti haqqında ictimai rəyin düzgün formalaşmamasına xidmət edir və dövlət mənafeyinə xələl gətirməyə yönəlib"-patensiar müəssisənin yaydığı məlumatda bildirilib.


