20 
Dek
2022
22:34
290

İrakli Kobaxidze: "Ukrayna hökuməti Saakaşvilinin Gürcüstana göndərilməsi üzrə xüsusi əməliyyatda bilavasitə iştirak edib"

 Ukrayna hökumətinin Saakaşvilinin Gürcüstana göndərilməsi üzrə xüsusi əməliyyatda bilavasitə iştirak etdiyini və xoşbəxtlikdən, bu, uğursuzluğa düçar olub və onun (Zelenskinin) da Saakaşvili işində öz payı var. 

InterPress.ge xəbər verir ki, bu barədə
“Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Kobaxidzenin sözlərinə görə, onu Gürcüstana gətirən şəxslər Saakaşvilini azad etmək üçün fəallıq göstərirlər.

“Bütün bu müddət ərzində biz dedik ki, Mixail Saakaşvilini Gürcüstana gətirən adamlar onun azad olunması üçün fəaldırlar. Onların Saakaşvili qarşısında bir növ məsuliyyətləri var. Saakaşvilini Gürcüstana gətiriblər və bu məsuliyyəti hiss edirlər. Zelenskinin bu açıqlaması bütün bu müddət ərzində dediyimiz hər şeyi təsdiqlədi. Ukrayna hökuməti Saakaşvilinin Gürcüstana göndərilməsi üzrə xüsusi əməliyyatda bilavasitə iştirak edib, bu, xoşbəxtlikdən uğursuzluqla nəticələnib və onun da Saakaşvili qarşısında öz məsuliyyəti var”, - Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətini həbsdə olan eks-prezident Mixail Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi ilə bağlı qərar qəbul etməyə çağırıb.

“Mən gürcü xalqına, Gürcüstan hökumətinə müraciət edirəm - xüsusilə Milad bayramı öncəsi mərhəmət lazımdır. İndi Mixailin başına gələnlər qəddarlıqdır. Bu, Gürcüstana yaraşmaz. Bu dayanmalıdır. Xahiş edirəm, onun həyatını xilas edəcək bir qərar verin - Mixail Saakaşvilini Ukraynadakı klinikalardan birinə, başqa bir Avropa ölkəsinə, Amerikaya köçürün. Bu yaxşı addımı atmağın vaxtıdır”, - deyə Zelenski bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər