Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ Gürcüstanı Saakaşviliyə zəruri tibbi və psixoloji yardım göstərməyə çağırıb

355
ABŞ Gürcüstanı Saakaşviliyə zəruri tibbi və psixoloji yardım göstərməyə çağırıb
Dinləmək üçün basın

ABŞ administrasiyası Gürcüstan hakimiyyətini respublikanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşviliyə bütün lazımi tibbi və psixoloji yardım göstərməyə çağırır.

ABŞ administrasiyası Gürcüstan hakimiyyətini respublikanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşviliyə bütün lazımi tibbi və psixoloji yardım göstərməyə çağırır.

InterPress.ge xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Cənab Saakaşviliyə ədalətli davranmaq, o cümlədən dövlət müdafiəçisinə (keçmiş prezident) müstəqil tibbi ekspertləri tərəfindən tövsiyə olunan bütün zəruri tibbi və psixoloji yardımı göstərmək Gürcüstan hökumətinin məsuliyyətidir.

Onlar (Gürcüstan rəsmiləri) təbii ki, onun hüquqlarının müdafiə olunmasını, ona lazım olan bütün yardımları almasını təmin etməlidirlər”, - ABŞ-ın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →