11 
Fev
2020
11:44
3119

Savalan Mirzəyev Bakıda gürcü dilində danışmağının səbəbini açıqladı -YENİLƏNİB

(Xəbərə şəkil əlavə olunub)


Azərbaycan mediasında Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyevin Azərbaycan dilinə qarşı hörmətsizlik etdiyi bildirilir.

InterPress.ge xəbər verir ki, Azərbaycanda keçirilən növbədən kənar parlament seçkilərində müşahidəçi qismində iştirak edən Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev seçkilərin müşahidəsi və yekun nəticələri ilə bağlı 10 fevral tarixində keçirdiyi brifinqdə gücü dilində danışıb.

Məsələ ilə bağlı InterPress S. Mirzəyev ilə əlaqə saxladı.

Məsələyə aydınlıq gətirən Mirzəyev başqa dildə danışmağı Azərbaycan tərəfi istədiyini bildirdi.

"Azərbaycanda keçirilən parlament seçkiləri sonrası, metbuat konfransında mənim gürcü dilində çıxış etməyimi Azərbaycan tərəfi istəyirdi, protokolla da elə nəzərdə tutulmuşdur. Bu tələb, əsasən mətbuat konfransını təşkil edənlərin tələbi idi. Mətbuat konfransı əsas ingilis və rus dillərində keçirilirdi. Bizə bildirdilər ki, ingilis, rus və ya gürcü dilində danışmalısız. Təbii ki, mən dövlət dilini seçdim və gürcücək danışdım." - Savalan Mirzəyev bildirdi.

Bizimlə əlaqə saxlayın