Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Van Dammdan Nurməhəmmədova başsağlığı

757
Van Dammdan Nurməhəmmədova başsağlığı
Dinləmək üçün basın

Məşhur belçikalı aktyor və idmançı, Hollivud ulduzu Jan-Klod Van Damm Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədova başsağlığı verib.

Məşhur belçikalı aktyor və idmançı, Hollivud ulduzu Jan-Klod Van Damm Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədova başsağlığı verib.

InterPress.ge xəbər verir ki, Jan-Klod van Damm “Instagram” səhifəsində yazdığı statusda Abdulmanap Nurməhəmmədova olan heyranlığını gizlətməyib: “Sizinlə görüşmək qismət olmasa da, həyat yolunuzu heyranlıqla izləmişəm. Sizin üçün dua edəcəyəm. Həbib Nurməhəmmədova və onun bütün ailə üzvlərinə səmimi qəlbdən başsağlığı verirəm”.

Qeyd edək ki, məşhur döyüşçü Həbib Nurməhəmmədovun uzun müddətdir COVID-19-dan müalicə alan atası və məşqçisi Abdulmanap Nurməhəmmədov iyulun 3-də Moskva şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →