Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rusiya ölkəni tərk edən vətəndaşlar üçün vergiləri artıra bilər

315
Rusiya ölkəni tərk edən vətəndaşlar üçün vergiləri artıra bilər
Dinləmək üçün basın

Rusiya parlamenti qanun layihəsini qəbul edərsə, hərbi xidmətdən qaçan ruslar tezliklə daha yüksək vergilərlə üzləşə bilər. InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Dumasının spikeri Vyaçeslav Volovin məlumat…

Rusiya parlamenti qanun layihəsini qəbul edərsə, hərbi xidmətdən qaçan ruslar tezliklə daha yüksək vergilərlə üzləşə bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Dumasının spikeri Vyaçeslav Volovin məlumat verib. 

“Biz qanunvericiliyə müvafiq dəyişikliklər üzərində işləyirik”- Volovin bildirib.

Qərb mətbuatının məlumatına görə, müharibə başlayandan bəri Rusiyanı tərk edənlərin sayı məlum deyil, baxmayaraq ki, oktyabrın əvvəlində bəzi Rusiya mediası Vladimir Putinin sentyabrda elan etdiyi səfərbərlikdən sonra 700 minə yaxın insanın ölkəni tərk etdiyini yazmışdı.

Rusiya Federal Vergi Xidmətinin məlumatına görə, Rusiyanın vergi rezidenti olan xaricdə işləyən ruslar müstəqil şəkildə vergi ödəməlidirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →