Vahid Milli Hərəkat təcili bəyanat yaydı
VMH bildirib ki, hakimiyyət onları kütləvi şəkildə tutmağı planlaşdırır.
InterPress.ge xəbər verir ki, bununla bağlı partiya təcili bəyanat yayıb.
Partiyadan verilən məlumata görə, “Gürcü Arzusu”nda saxlanılacaq adamların siyahısı var.
“Rus “Arzu”su qatil rejimə etiraz edən xalqa, VMH üzvlərinə qarşı cinayət işi qaldıraraq etirazı boğmağa çalışır. Milli Hərəkatın Xelvaçauri təşkilatının sədri Mixeil Bolkvadze, vətəndaş fəalları Kaxa Kvekveskiri, Davit Qaloqre, Xatuna Beridze, həmçinin Milli Hərəkatın maddi-texniki təminat və təhlükəsizlik xidmətinin rəhbəri Besik Qedenidze məhkəmənin həyətində olublar və onlardan bəziləri prezident Saakaşvilinin öldürülməsinə etiraz ediblər. Əldə etdiyimiz məlumata görə, onlar bu adamları tutub 4 ildən 7 ilə qədər azadlıqdan məhrum etməyə hazırlaşırlar”, - deyə VMH sədrliyinə namizəd Levan Xabeişvili parlamentdə keçirilən brifinqdə bildirib.
Söhbət dekabrın 14-də Tbilisi şəhər məhkəməsində Mixeil Saakaşvilinin məhkəməsi ilə paralel keçirilən etiraz aksiyasından gedir. Etirazçıların bir hissəsi dindirilmək üçün polisə çağırılıb.
Cəzaçəkmə müəssisəsi məhkəmədən işə baxılmasının bir ay müddətinə təxirə salınmasını istəyib. Vətəndaşlar “qul” hayqırtıları ilə Penitensiar Xidmət nümayəndəsini qarşılayıb, bir növ “utanc dəhlizi” təşkil ediblər. Bu səbəbdən də istintaq orqanı 20 nəfər barəsində cinayət işi açıb.


