Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb

541
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb
Dinləmək üçün basın

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb.

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 27-də saat 10:45-də DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Pakistan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →