02 
Yan
2023
22:34
737

“Avropa İttıfaqında təhsil, könüllülük və mübadilə proqramları” adlı görüş keçirilib

Marneuli və Bolnisi bələdiyyəsindən olan gənclər üçün “Avropa İttifaqında  təhsil, könüllülük  və mübadilə proqramları” adlı görüş keçirildi.

InterPress.ge dəbər verir ki, 8 dekabr tarixində InterPress.ge “ Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində gənclər üçün “Avropa İttifaqında  təhsil , könüllülük və mübadilə proqramları” adlı görüş keçrildi.  

Görüşdə 14-29 yaş arası Marneuli və Bolnisi  bələdiyyəsində yaşayan gənclər iştirak etdilər.

Görüşün müzahirəçisi gənc işçi  Gülgün Məmmədxanova iştirakçılara "Avropa Həmrəylik Korpusu" nəzdində baş tutan qısa və uzunmüddətli  könüllülük proqramları, Avropa İttifaqında bakalavr və magistratura pillələrində təhsil almaq imkanları, Erasmus+ çərçivəsində baş tutan gənc mübadilə proqramları, seçim prosedurları  haqqında məlumat verdi.   Həmçinin Gülgün Məmmədxanova "Avropa Həmrəylik Korpusu" çərçivəsində qatıldığı  iki aylıq Belçikada  könüllük təcrübəsindən iştirakçılara öz təəsüratını bölüşdü. Görüş interaktiv keçdi və iştirakçılar tərəfindən Avropa İttıfaqında  təhsil, könüllülük  və mübadilə proqramları haqqında müsbət geri bildirim verildi.

Qeyd edək ki, görüş InterPress.ge-nin həyata keçirdiyi  “Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində baş tutdu. Layihənin məqsədi Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlı əhalinin Avropa İttifaqı və NATO haqqında məlumatlılığının artırılmasına və vətəndaş jurnalistlərinin formlaşmasında öz töhfəsini verməkdir. 

Qeyd edək ki, layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın artırılması və cəlb edilməsi” layihəsi çərçivəsində, NATO və Avropa İttifaqı üzrə İnformasiya mərkəzi və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən həyata keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər