08 
Iyl
2020
09:22
492

ABŞ-ın fantastik hərbi büdcəsi - Palata təsdiqlədi

ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi 2021-ci maliyyə ili üçün həcmi 694,6 milyard ABŞ dolları olan hərbi büdcə layihəsini qəbul edib.

InterPress.ge xəbər verir ki, qanun layihəsi ABŞ Silahlı Qüvvələrinin şəxsi heyətinə təqribən 162,3 milyard ABŞ dolları ayrılmasını və hərbi qulluqçuların maaşının 3% artımını nəzərdə tutur.

Konqresmenlər 2021-ci ildə silah və hərbi texnikanın alınması üçün xəzinədən 140,1 milyard ABŞ dolları ayırmağı təklif ediblər.

Bu vəsaitlər hesabına, əsasən 91ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarə və iki nüvə gücü ilə işləyən “Columbia” sinfinə aid ballistik raket sualtı gəmi daxil olmaqla 9 hərbi gəminin alınması planlaşdırılır.

Gələn il Pentaqon tədqiqat və inkişaf layihələrinə 104,6 milyard ABŞ dolları, kimyəvi silahların məhv edilməsinə 889,5 milyon ABŞ dolları həcmində vəsait ayırmağı düşünür.

Qanun layihəsi raketdənmüdafiə xərclərinin 25 faiz artırılmasını də nəzərdə tutur.

Xatırladaq ki, ABŞ-da yeni maliyyə ili oktyabrın 1-də başlayır.

Bizimlə əlaqə saxlayın