07 
Yan
2023
22:28
1190

Mixailo Podoliak: "Gürcüstan hökuməti bilərəkdən Gürcüstanı tarixə qara ləkə kimi salmaq istəyir"

Optimal qərar şəxsin (Saakaşvilinin) istənilən ölkəyə təhvil verilməsidir. İstəsəniz, gəlib apararam, bu heç də problem deyil.

 InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müşaviri Mixailo Podoliak bildirib.

Podolyakın qeyd etdiyinə görə, Ukrayna rəsmi olaraq Gürcüstan hökumətindən Mixail Saakaşvilinin müalicə üçün Ukraynaya köçürülməsini tələb edir və bunu etməsələr, lazımi müalicəni almaq üçün onu üçüncü ölkəyə, istənilən Avropa ölkəsinə köçürsünlər.

“Bu, rəsmi mövqedir. Mənim şəxsi mövqeyimə gəlincə, bu, daha radikaldır. Hesab edirəm ki, Gürcüstan hökuməti bilərəkdən Gürcüstanı tarixə qara ləkə kimi, prezidentinə qəsdən həbsxanada işgəncə verən dövlət kimi salmaq istəyir. Şəxsən mənə hər şey belə görünür”, - deyə Podolyak bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər