08 
Yan
2023
19:08
434

Gənclər "Vətəndaş Jurnalistləri rəngarənglik üçün" layihəsi çərçivəsində video-süjetin hazırlanması prosesi ilə tanış oldular-FOTO

“Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində  Marneulidən və Bolnisidən olan gənclər video-süjetin hazırlanması prosesi ilə tanış oldular.

Marneuli və Bolnisi bələdiyyəsindən olan  gənclər  “Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində video-süjetin hazırlanması prosesi ilə yaxından tanış oldular.  Praktiki təlimi yerli televiziya “Marneuli Tv”-nin jurnalistləri  həyata keçirdi.  Görüşdə  14-29 yaş arası Marneuli və Bolnisi  bələdiyyəsində yaşayan gənclər iştirak etdilər.

Təlim zamanı  iştirakçılar “Marneuli Tv” -nin jurnalistləri ilə birlikdə ilk öncə çəkiliş prosesində iştirak ediblər. Çəkiliş zamanı iştirakçılar video-müsahibənin götürülmə prosesi, video-kamera ilə işləmə bacarıqları və  müsahiblə  ünsiyyət metodları ilə tanış olublar. Təlimin ikinci hissəsində isə iştirakçılar “Marneuli Tv”-də video materialın montaj edilməsi, səsləndirmə və efirə verilməsi  prosesində yaxından iştirak ediblər.

Qeyd edək ki, görüş InterPress.ge-nin həyata keçirdiyi  “Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində baş tutdu. Layihənin məqsədi Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlı əhalinin Avropa İttifaqı və NATO haqqında məlumatlılığın artırılmasına və vətəndaş jurnalistlərinin formalaşmasında öz töhfəsini verməkdir. 

Qeyd edək ki, layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Gürcüstan regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın artırılması və cəlb edilməsi” layihəsi çərçivəsində, NATO və Avropa İttifaqı üzrə İnformasiya mərkəzi və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən həyata keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər