09 
Yan
2023
12:04
309

Paata Mancqaladze: "Mixeil Saakaşvilinin işgəncə və zəhərlənməsində iştirak edən bütün insanlar məsuliyyətə cəlb olunacaqlar"

“Ədalət  araba ilə gedir”.

InterPress.ge xəbər verir ki, bu sözləri “Strategiya Ağmaşenebeli”nin deputatı Paata Mancqaladze jurnalistlərə açıqlamasında bildirib.

“ Şübhə etmirəm ki, Mixeil Saakaşvilinin işgəncə və zəhərlənməsində iştirak edən bütün insanlar məsuliyyətə cəlb olunacaqlar”-Mancqaladze qeyd edib.

Onun sözlərinə görə, məsul şəxslərin müəyyən edilməsi üçün artıq başlanmış istintaq komissiyası çağırılmalı, bu mümkün olmasa, müxalifətçilər iş formatı yaratmalıdırlar.

“Qeyri-insani rəftarda, işgəncədə iştirak etmiş insanları xüsusi qeyd etmək vacibdir, söhbət arsenlə zəhərlənmədən də gedir. Bunun üçün iki mexanizm var. Bildiyiniz kimi, “Milli Hərəkat” istintaq komissiyasına başlayıb və onu fövqəladə rejimdə çağırmaq olar.Parlamentdə özünü müxalifət hesab edən 50 belə şəxs axdarılacaq. Biz bu yolla davam etməyi düşünürük, ancaq bu mümkün deyilsə, iş formatı yaradın və mən orada iştirak etməkdən məmnun olaram. Mixeil Saakaşvilinin hazırki vəziyyətində günahkar olan insanları müəyyənləşdirək , hansıki hal-hazırda Saakaşvilinin çox acınacaqlı vəziyyətdə olduğunu hərkəs bilir. - Xalq etirazı, beynəlxalq mexanizmlər və sanksiyalar: Bu iki mexanizmi işə salmaqla Saakaşvilini xilas etmək olar”- Paata Mancqaladze bildirib.

Qeyd edək ki, “Heritage” Fondunun icraçı direktoru Uilyam Brauder yeni “Maqnitski” siyahısının ilkin tərtibində gürcü qruplarına kömək göstərməsini xahiş edən Gürcüstanın keçmiş prezidentinə cavab verib ki, onun komandası sənədlər hazırlamalıdır. Orada kimin müalicəyə mane olduğu, kimin zəhərlənməyə görə məsuliyyət daşıdığı, kimin işgəncəyə görə cavabdeh olduğu bildirilməlidir.

Bill Brauder Mixail Saakaşviliyə yazıb: “Mən Qərb hökumətlərinin Maqnitski

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər