Marneulidə Vətəndaş jurnalistikası proqramının iştirakçıları ilə yekun görüş keçirilib-FOTO
Marneulidə NATO və Avropa İttifaqı İnformasiya Mərkəzinin elan etdiyi yerli təşəbbüsləri dəstəkləyən kiçik qrantlar müsabiqəsinin qalibi olan “ Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində etnik azərbaycanlı gənclərlə yekun görüş keçirilib.
InterPress.ge xəbər verir ki, görüşdə 14-29 yaş arası Marneuli və Bolnisi bələdiyyəsində yaşayan gənclər iştirak etdilər. Görüşdə həmçinin NATO və Avropa İttifaqı İnformasiya Mərkəzinin direktor müavini İrina Şamiladze və Hərbi Jurnalistlər Assosiasiyasının həmtəsisçisi Qiorqi Tsvitava iştirak edib.
Görüş zamanı NATO və Avropa İttifaqı İnformasiya Mərkəzinin direktor müavini İrina Şamiladze vətəndaş jurnalistikası proqramında iştirak edən gəncləri salamlayıb. İrina Şamiladze mərkəzin fəaliyyəti, prioritetləri və informasiya mərkəzinin mühüm hədəf qrupu kimi gənclər üçün nəzərdə tutulan tədbirlərdən danışıb.
Dəvət olunmuş ekspert, Hərbi Jurnalistlər Assosiasiyasının həmtəsisçisi Qiorqi Tsvitava isə gənclərə mülki jurnalistikanın mahiyyəti, tarixi, müsbət və mənfi cəhətləri haqqında danışıb. Qiorqi Tsvitava vətəndaş jurnalistikasının inkişafı ilə yanaşı, media savadlılığının əhəmiyyətinə və bu istiqamətdəki çətinliklərə diqqət çəkib. Görüş fəal müzakirə şəraitində keçdi.
Qeyd edək ki, görüş InterPress.ge-nin həyata keçirdiyi “Vətəndaş Jurnalistləri rəngarənglik üçün” layihəsi çərçivəsində baş tutdu. Layihənin məqsədi Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlı əhalinin Avropa İttifaqı və NATO haqqında məlumatlılığının artırmasına və vətəndaş jurnalistlərinin formlaşmasında öz töhfəsini verməkdir.
Layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın artırılması və cəlb edilməsi” layihəsi çərçivəsində, NATO və Avropa İttifaqı üzrə İnformasiya mərkəzi və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən həyata keçirilir.




