Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan və Türkiyə arasında elektrik ötürücü xəttinin tikintisinə başlanılacaq

351
Gürcüstan və Türkiyə arasında elektrik ötürücü xəttinin tikintisinə başlanılacaq
Dinləmək üçün basın

Gürcüstan hakimiyyəti 2023-cü ildə Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirəcək “Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətlərinin tikintisinin birinci mərhələsinin icrasına başlamağı planlaşdırır.

InterPress.ge xəbər verir ki, elektrik ötürücü xətlərinin tikintisi layihəsi Almaniyanın “KfW”nin maliyyə dəstəyi ilə həyata keçiriləcək və onun dəyəri, təxminən, 62 milyon avro təşkil edəcək.

Gürcüstanın büdcə proqnozlarına əsasən, 2023-cü ildə birinci mərhələdə uzunluğu 103 kilometr olan 500 kV-luq “Tsxaltubo-Axaltsixe” elektrik ötürücü xətlərinin tikilməsi planlaşdırılır.

İkinci mərhələdə isə 34 kilometr uzunluğunda 400 kV-luq “Axaltsixe-Tortum” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →