Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Saakaşvili: "Bu, xəyanətdir və belə xəyanət epizodları Gürcüstan-Ukrayna münasibətlərinin tarixində ağır ləkə kimi qalacaq”

484
Saakaşvili: "Bu, xəyanətdir və belə xəyanət epizodları Gürcüstan-Ukrayna münasibətlərinin tarixində ağır ləkə kimi qalacaq”
Dinləmək üçün basın

"Ukraynaya “Buk” sistemlərini verməkdən imtina etmək ayıbdır!".

"Ukraynaya “Buk” sistemlərini verməkdən imtina etmək ayıbdır!".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.

O qeyd edib ki, prezident Yuşenkonun köməyi ilə Gürcüstan onları o vaxt minimal qiymətə alıb.

“Ukraynaya “Buk” sistemlərini verməkdən imtina etmək ayıbdır! Prezident Yuşenkonun köməyi ilə biz onları o vaxt minimum qiymətə aldıq. Yanukoviç Ukraynaya gələndə hətta Yuşenkoya qarşı “Buk”un Gürcüstana verilməsi ilə bağlı iş də açdılar və bunu Rusiyanın göstərişi ilə etdilər. Üstəlik, bizə “Buk”dan istifadə etməyi öyrədən təlimatçı – polkovnik Mamçur 2017-ci ildə Rovnoda rus agentləri tərəfindən öldürülüb.

İndi amerikalılar Ukraynaya “Buk” üçün çoxlu sayda raketlər veriblər. Ən əsası, bu addımla sistemləri təkcə ukraynalılara verməkdən imtina etmədik, “Javelin”ləri ukraynalılara verməklə bağlı da amerikalılara da yox dedik.

Bu, xəyanətdir və belə xəyanət epizodları Gürcüstan-Ukrayna münasibətlərinin tarixində ağır ləkə kimi qalacaq”, - Saakaşvili yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →