12 
Yan
2023
14:30
400

Ağac mikroavtobusun üstünə aşdı, yaralılar var

Senaki şəhərinin Rustaveli küçəsində güclü külək nəticəsində ağac mikroavtobusun üzərinə aşıb.

InterPress.ge xəbər verir ki, məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Təcili tibbi yardım briqadaları döş qəfəsindən xəsarət alan 2 nəfəri Arximed klinikasına aparıblar. Sınığı olan bir nəfər isə özü tibb müəssisəsinə müraciət edib.

Həkimlərin sözlərinə görə, yaralıların müayinəsi aparılır və onların həyatları üçün təhlükə yoxdur.

Bizimlə əlaqə saxlayın