13 
Yan
2023
11:37
285

Sameqreloda güclü külək nəticəsində infrastruktura güclü ziyan dəyib

Sameqrelo bələdiyyəsində güclü külək müxtəlif infrastruktur və mülklərə ziyan vurub. 

InterPress.ge xəbər verir ki,məlumata görə, dövlət müvəkkili vətəndaşlara müraciət edərək təcili ehtiyaclar istisna olmaqla küçəyə çıxmamağı xais edib.

Məlumata görə, 966 fərdi yaşayış evinin və 38 yaşayış binasının, 2 ambulator binanın, 5 uşaq bağçasının, 5 dövlət məktəbinin, 3 dövlət məktəbi zalının, 10 inzibati binanın dam örtüyünə ziyan dəyib. 114 inzibati vahidə elektrik enerjisi verilmir. Bələdiyyə xidmətləri və "Energo Pro Georgia" qrupları 24 saat  ərzində işləyir.

Eyni zamanda təhlükəsizliyə əsaslanaraq, Zuqdidinin əsas şam ağacının sökülməsinə qərar verilib. 

“İlk növbədə, bu çətin meteoroloji şəraitdə, çox vaxt öz sağlamlıqlarını riskə ataraq, başqalarının təhlükəsizliyini təmin etmək üçün çalışan çoxsaylı insanlara, bələdiyyə xidmətlərinə, təcili yardım xidmətlərinə, müxtəlif Daxili İşlər Nazirliyinin bölmələri, Energo-Pro, Sokar təcili yardım qrupları, xilasetmə xidmətinə təsəkkür edirəm" - Sameqrelo-Zemo Svaneti Dövlət müvəkkili Qiorqi Ququçia bildirib.

O, vətəndaşlara zəruri hallarda bələdiyyələrdə aktivləşdirilmiş qaynar xəttlərə zəng etməyə tövsiyə edib.

Bizimlə əlaqə saxlayın