Marneuli bələdiyyəsinə yeni tullantı qutuları yerləşdiriləcək
Marneuli Bələdiyyəsi tullantıların idarə olunmasının təkmilləşdirilməsi proqramını fəal şəkildə davam etdirir. Qeyd olunan istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
Meriyanın hesabatına görə, 2022-ci ilin sonunda yerli özünüidarəetmə orqanları 829 ədəd zibil qutusu alıb ki, bu da 2023-cü ilin əvvəlində bələdiyyənin müxtəlif inzibati ərazi vahidlərində yerləşdiriləcək.
“Zədələnmiş zibil qutuları dəyişdiriləcək, yeniləri istifadəyə veriləcək. 1100 litrlik plastik zibil qabının alınması üçün yerli büdcədən yarım milyon lari ayrılıb.
Qeyd edək ki, 2023-cü ildə Marneuli Bələdiyyəsinin Meriyası yeni zibil maşını almağı planlaşdırır ki, bu da qeyd olunan istiqamətdə bələdiyyədə vəziyyəti yaxşılaşdıracaq və tullantıların idarə olunması prosesini daha səmərəli edəcək”, - məlumatda deyilir.


